
Articles
-
May 30, 2024 |
report.az | Aysel Aslanqızı
Şimali Kipr Türk Cümhuriyyəti bir neçə azərbaycanlı şəhid ailəsi üzvlərinə təhsil təqaüdü verəcək. Bunu "Report"a müsahibəsində Şimali Kipr Türk Cümhuriyyətinin milli təhsil naziri Nazım Çavuşoğlu deyib. Nazir bildirib ki, Şimali Kipr turistik ölkədir və kifayət qədər təhlükəsiz yerdir: "Şimali Kipr, eyni zamanda, fikir, söz azadlığının olduğu bir yerdir. Bu mənada, orada təhsil almaq azərbaycanlı tələbələrin öz dünyagörüşlərini genişləndirməsi üçün faydalı ola bilər.
-
May 29, 2024 |
report.az | Aysel Aslanqızı
Ən qısa müddətdə Azərbaycandakı nümayəndəliyimizə təhsil müşaviri göndərəcəyik. Bunu "Report"a müsahibəsində Şimali Kipr Türk Cümhuriyyətinin milli təhsil naziri Nazım Çavuşoğlu deyib. "Hesab edirəm ki, müşavirimiz iki ölkə arasında təhsil sahəsindəki münasibətləri daha sağlam və daha sürətli idarə edə biləcək. Yaxın gələcəkdə bununla bağlı addımlar atılacaq",- N.Çavuşoğlu vurğulayıb. Müsahibənin tam mətni buradan tanış ola bilərsiniz.
-
May 29, 2024 |
report.az | Aysel Aslanqızı
Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələri günü-gündən genişlənməkdədir. Sevindirici haldır ki, xalqlarımız arasında bütün sahələrində əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var. Bununla belə, humanitar, mədəniyyət, idmanla yanaşı, təhsil sektorunda da əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə ehtiyac duyulur. Digər Türk dövlətləri ilə bərabər, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) də bu məsələdə mühüm rola malikdir.
-
May 29, 2024 |
report.az | Aysel Aslanqızı
Təhsil adası kimi tanınan Şimali Kiprdə təhsil imkanları dünya standartlarına yüksək səviyyədə cavab verir. “Report” xəbər verir ki, bunu Şimali Kipr universitetlərinin tanıtımı məqsədilə keçirilən sərgidə çıxışı zamanı Şimali Kipr Türk Cümhuriyyətinin milli təhsil naziri Nazım Çavuşoğlu deyib. Onun sözlərinə görə, Şimali Kipr turizm, təhsil və kənd təsərrüfatı adasıdır. "Ölkəmizə bir çox yerlərdən əcnəbilər gəlir.
-
May 29, 2024 |
report.az | Aysel Aslanqızı
Bakıda Şimali Kipr universitetlərinin sərgisi keçirilir. “Report” xəbər verir ki, tədbirdə Şimali Kipr Türk Respublikasının təhsil naziri Nazım Çavuşoğlu, bu ölkənin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner, diplomatlar, Şimali Kipr universitetlərinin rektorları iştirak edirlər. Sərginin keçirilməsində məqsəd Şimali Kipr universitetlərini tanıtmaq, həmçinin ölkənin təhsil sahəsində olan imkanlarının təqdimatını etməkdir. Qeyd edək ki, sərgiyə mayın 30-u saat 17:00-da yekun vurulacaq.
Try JournoFinder For Free
Search and contact over 1M+ journalist profiles, browse 100M+ articles, and unlock powerful PR tools.
Start Your 7-Day Free Trial →